Aprelin 1-2-də "ADA" Universitetində "Kitabxana-informasiya sahəsində əldə edilmiş nəzəri və təcrübi nailiyyətlərin tətbiqi" mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək.
Konfrans "ADA" Universiteti və Mədəniyyət və Turizm Nazirliyinin birgə təşkilatçılığı ilə təşkil edilir. Konfransın açılışında "ADA" Universitetinin rektoru, səfir Hafiz Paşayev, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, universitetin tədris işləri üzrə prorektoru doktor Patrik Kvin və digər rəsmi qonaqlar çıxış edəcəklər.
Konfransda müasir kitabxanalarda informasiya xidməti, kitabxanalarda tədris və tədqiqat işlərinin düzgün istiqamətləndirilməsi, rəqəmsal elmlər, kitabxanaların rəqəmsallaşdırılması və digər mövzular əhatə olunacaq.
Tədbirdə Böyük Britaniyanın Aberisvits Universitetinin kitabxana xidmətinin rəhbəri Culiya Hart, Qazaxıstanın Nazarbayev adına Universitetin kitabxanasının meneceri Cim Agee, Tbilisi Dövlət Universitetinin rektoru İrakli Qaribaşvili, digər xarici mütəxəssislər, Azərbaycan universitetlərinin və ölkədə fəaliyyət göstərən kitabxanaların nümayəndələri iştirak edəcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB