“Meri Mak Brayd” musiqi qrupu Bərdədə konsert proqramı ilə çıxış edib

“Meri Mak Brayd” musiqi qrupu Bərdədə konsert proqramı ilə çıxış edib

ABŞ-ın məşhur "Meri Mak Brayd" musiqi qrupu respublikamızın bölgələrinə səfər proqramı çərçivəsində Bərdə rayon mədəniyyət evində konsert verib. SİA-nın məlumatına görə, konsertin əvvəlində çıxış edən Bərdə Rayon İcra Hakimiyyəti başçısının müavini Fəqət Şadlinskaya qonaqları salamlayaraq, mədəniyyətin xalqlararası dostluq körpüsü olduğunu bildirmiş, ölkəmizdə mədəniyyət sahəsində həyata keçirilən proqram və layihələrdən, Qərb musiqisi olan cazın Azərbaycanda inkişafından danışıb.

ABŞ-ın ölkəmizdəki səfirliyinin mədəniyyət və təhsil işləri üzrə müşaviri xanım Kelli Kalam və mədəniyyət məsələləri üzrə məsləhətçisi Xəqani Əliyev konsertin yüksək səviyyədə təşkilinə və qonaqpərvərliyə görə rayon rəhbərliyinə, musiqisevərlərə minnətdarlığını bildirmiş, qrupun fəaliyyəti və ölkəmizə səfərinin məqsədi barədə məlumat veriblər. Bildirilib ki, ABŞ-ın Azərbaycandakı səfirliyinin maliyyə dəstəyi ilə həyata keçirilən bu proqram Azərbaycan və Amerika xalqları arasında mədəniyyət sahəsində qarşılıqlı əlaqələrin, dostluq münasibətlərinin daha da genişləndirilməsi və təkmilləşdirilməsi məqsədi daşıyır.

Qeyd edək ki, konsert zamanı qrupun üzvlərinin, həmçinin yerli musiqiçilərin təqdim etdikləri musiqi nömrələri bərdəli tamaşaçılar tərəfindən böyük maraqla və alqışlarla qarşılanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə