Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi və Ağcabədi sakini Toğrul İbrahimovun təşkilatçılığı ilə keçirilən "Azərbaycan kadrlarda" fotomüsabiqəsi layihəsi başa çatıb. SİA-nın məlumatına görə, Azərbaycanın müxtəlif regionlarından olan 14-29 yaşlı gənc fotoqrafların iştirak etdiyi layihənin əsas məqsədi gənc fotoqrafları bir araya gətirmək, onlar arasında şəbəkə sisteminin yaratmaq, fotomüsabiqə vasitəsilə ölkəmizi təbliğ etməkdir.
Layihə çərçivəsində müxtəlif bölgələrdən onlayn qaydada təqdim edilmiş 90 fotodan 50-si seçilərək, Ağcabədi şəhərindəki Gənclər Mərkəzi meydanında, mərkəzi stadionda və Üzeyir Hacıbəyli adına Qarabağ Muğam Mərkəzinin parkında açıq sərgidə nümayiş etdirilib.
Layihənin başa çatması münasibətilə martın 28-də Qarabağ Muğam Mərkəzində mərasim keçirilib. Tədbirdə Azərbaycan Gənclər Fondunun, Ağcabədi Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası rayon təşkilatının, gənclər və idman idarəsinin, gənclər üçün təhsil mərkəzinin, "Xarı bülbül" yaradıcılıq studiyasının, Heydər Əliyev Mərkəzinin nümayəndələri, respublikanın müxtəlif bölgələrindən müsabiqəyə qatılan gənc fotoqraflar iştirak ediblər.
Qeyd edək ki, tədbirdə Azərbaycana aid film nümayiş etdirilmiş, fotoqrafiya tarixi və keçirilən fotomüsabiqə haqqında məlumat verilib, sonda qaliblər mükafatlandırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB