Azərbaycanda ötən ilin ədəbi prosesinin yekunları və qarşıda duran vəzifələr müzakirə ediləcək
Aprelin 2-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami adına Ədəbiyyat İnstitutunun təşkilatçılığı ilə AMEA-nın əsas binasında Azərbaycandakı ədəbi proseslərin ötən ilə aid yekunları ilə bağlı yaradıcılıq müşavirəsi keçiriləcək. SİA-nın məlumatına görə, "Ədəbi proses-2013: yekunlar və vəzifələr" mövzusunda keçiriləcək yaradıcılıq müşavirəsində ötən il Azərbaycanda nəsr, poeziya, həmçinin dramaturgiya baxımından baş vermiş ədəbi yeniliklərdən, gənc müəlliflərin və elm adamlarının diqqətini cəlb edən əsərlərdən danışılacaq, müəlliflər haqqında söhbət açılacaq.
Tədbirdə, həmçinin bədii tərcümə sahəsindəki son vəziyyət də müzakirə ediləcək.
Qeyd edək ki, tədbirdə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, fəlsəfə üzrə fəlsəfə doktoru Rahid Ulusel, filologiya elmləri doktoru Vaqif Yusifli, filologiya elmləri doktoru Salidə Şərifova, professor Aydın Dadaşov, filologiya üzrə fəlsəfə doktorları Nikpur Cabbarlı, Elnarə Akimova, Elçin Mehrəliyev, Fidan Abdurrəhmanova çıxış edərək öz müşahidə və mülahizələrini müşavirə iştirakçıları ilə bölüşəcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB