Bu günün tarixi

Miladi: 29 mart 2014
Hicri: 28 Cəmaziuləvvəl 1435

İlin 88-ci günü
İlin sonuna 277 gün qalır

Bu günün namaz vaxtları

Fəcr – 05:17
Günəş – 06:28
Zöhr – 12:49
Əsr – 16:50
Məğrib – 19:16
İşa – 20:35

1430-cu ildə Osmanlı ordusu Soloniki və İyonyanı fəth edib.

1555-ci ildə Səfəvi dövləti ilə Osmanlı imperatorluğu arasında Amasya sülh müqaviləsi bağlanıb.

1803-cü ildə Rusiya qoşunları Car-Balakənə hücum edib.

1790-cı ildə ABŞ-lı siyasətçi Con Teylor anadan olub.

1824-cü ildə alman filosof və fizik Lüdviq Büxner anadan olub.

1827-ci ildə Bethoven Vyanada 10 min nəfərin iştirakı ilə son mənzilə yola salınıb.

1938-ci ildə Hərbi Məhkəmə Nazim Hikmətə 28 il həbs cəzası kəsib.

1939-cu ldə Süleyman Sani Axundov vəfat edib.

1949-cu ildə türkiyəli bəstəkar və müğənni Kayahan anadan olub.

1950-ci ildə Nazim Hikmət Bursa həbsxanasında aclığa başlayıb.

1957-ci ildə Kiprdə gərginlik artdığına görə adada küçəyə çıxmaq qadağan edilib.

1966-cı ildə Leonid Brejnev Sovet İttifaqı Kommunist Partiyasının I katibi təyin olunub.

1973-cü ildə Amerika Birləşmiş Ştatlarının sonuncu hərbi birləşmələri Cənubi Vyetnamı tərk edib.

1979-cu ildə Uqandada İyd Emin rejimi hərbi çevriliş yoluyla hakimiyyətdən uzaqlaşdırılıb. İyd Emin qaçıb.

1989-cu ildə Londonda dünyada ilk dəfə süni mayalanma yoluyla 5 əkiz körpə dünyaya gəlib.

1994-cü ildə Milli məclisdə 20 yanvar hadisələri ilə bağlı müzakirələr yekunlaşıb.

2001 - Prezident Heydər Əliyev II Özəlləşdirmə Proqramına əsasən, rabitə, nəqliyyat, balıqçılıq, nəşriyyat-poliqrafiya və digər sahələr üzrə dövlət müəssisələrinin özəlləşdirilməsinə dair sənədlər paketini (10-dək sərəncam) imzalayıb.

2004-cüildə Bolqarıstan, Estoniya, Litva, Latviya, Rumıniya, Slovakiya və Sloveniya NATO-ya üzv qəbul edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə