Xalq artisti rejissorlardan şikayətləndi

Xalq artisti rejissorlardan şikayətləndi

Hər zaman yaddaqalan obrazlarla tamaşaçıların sevgisini qazanan xalq artisti Arif Quliyev seriallara dəvət olunmamasından şikayətlənib. Belə ki, SİA-ya açıqlama verən aktyor ekranlardan uzaq olmağının səbəbini rejissorlarda görüb: "Təbii ki, mən də seriallarda rol almaq istəyirəm. Düşünürəm ki, mənə uyğun rol hələlik yoxdur. Buna görə də çəkilmirəm. Mən gedib xahiş etməyəcəm ki, məni də seriallara çağırsınlar. Seriallarda aktyorları rejissorlar müəyyənləşdirir. Uzun müddətdir ki, heç bir serialdan mənə təklif gəlməyib. Yalnız "Bacanaqlar" serialında 2 bölümlük rol almışam. Əgər yaxşı rol olsa, istərdim ki, mən də çəkilim. Çünki rejissorlar bizim kimi peşəkar aktyorlardan zamanında istifadə etməlidirlər. Sonra hər şey gec ola bilər".

Bütün xəbərlər Facebook səhifəmizdə