Rəhman Rəhmanov: "Bu, mənim 40 illik zəhmətimə verilən qiymətdir"
40 il Azərbaycan mədəniyyətinə xidmət edən aktyor Rəhman Rəhmanov nəhayət əməkdar artist fəxri adına layiq görülüb. Sevincini SİA ilə bölüşən aktyor fəxri ada görə, prezident İlham Əliyevə və Mədəniyyət və Turizm Nazirliyinə minnətdarlığını bildirib: "Bu, mənim 40 illik zəhmətimə verilən qiymətdir. Cənab prezidentimizə, Mədəniyyət və Turizm Nazirliyinə dərin təşəkkürümü bildirirəm. Dövlətimiz sənət adamlarına kifayət qədər qayğı göstərir. Onu da diqqətinizə çatdırım ki, öz sənətimi layiqincə idarə etdiyim və yəqin ki, xəstəliyimə görə, mənə prezident təqaüdü də verilib. Həmçinin əməkdar artist fəxri adı mənim üzərimə çoxlu məsuliyyət qoydu ki, bu gündən sonra daha yaxşı işləyib tamaşaçıları öz obrazlarımla sevindirim. Bir sözlə, bu il mənim üçün çox düşərli il oldu".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB