Bakıda Sevara Nazarxanın solo konserti olacaq

Bakıda Sevara Nazarxanın solo konserti olacaq

Bakıda ilk dəfə Özbəkistanın pop-rok müğənnisi Sevara Nazarxanın solo konserti keçiriləcək. SİA-nın verdiyi xəbərə görə, Sevara Nazarxan özbək müğənnisi, ənənəvi özbək musiqi ifaçısı, şeir və musiqi müəllifidir. O, Özbəkistan Dövlət Konservatoriyasında təhsil alıb. Həmçinin Mansur Taşmatov tərəfindən yaradılan Sideris qrupunda oxumağa başlayıb. Lakin solo karyeraya başladıqdan sonra populyarlıq qazanıb.

2012-ci ildə Sevara "Səs" layihəsində iştirak edib. O, Leonid Aqutinin komandasını seçmiş və uğurla şounun iki etapını keçib.

Qeyd edək ki, konsert aprelin 10-da Beynəlxalq Muğam Mərkəzində baş tutacaq. Biletlərin qiyməti isə 38-130 manat arasında dəyişir.

Bütün xəbərlər Facebook səhifəmizdə