Azərbaycan “UITT 2014” beynəlxalq turizm sərgisində iştirak edib

Azərbaycan “UITT 2014” beynəlxalq turizm sərgisində iştirak edib

Ukraynanın Kiyev şəhərində keçirilən "UITT 2014" beynəlxalq turizm sərgisində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycanın Ukraynadakı Səfirliyinin dəstəyi ilə "Regea travel" və "Proxy travel" turizm şirkətləri təmsil olunublar. Adıçəkilən sərgidə respublikamızın turizm imkanlarını əks etdirən 49 kv.m sahə icarəyə götürülüb. Stend sərgiyə gələn ziyarətçi və iştirakçılara paylanması üçün ingilis və rus dillərində müxtəlif növ reklam-çap məhsulları ilə təmin olunub.

Qeyd edək ki, bu il keçirilən "UİTT 2014" beynəlxalq turizm sərgisində ölkəmizlə yanaşı, 22 ölkədən 600-ə yaxın şirkət iştirak edib.

Bütün xəbərlər Facebook səhifəmizdə