Naibə Allahverdiyeva: "Seriallarda ssenari, rejissor, operator işi biyabırçı gündədir" AÇIQLAMA

Naibə Allahverdiyeva: "Seriallarda ssenari, rejissor, operator işi biyabırçı gündədir" AÇIQLAMA

Azərbaycanın əməkdar artisti Naibə Allahverdiyevanı yerli seriallarda görmürük. Bunun səbəbini isə SİA-ya aktrisanın özü danışıb: "Azərbaycanda çəkilən seriallar bütünlükdə məni qane etmir. Bunun səbəbi həm maddi durumla, həm də qeyri-peşəkarlıqla bağlıdır. Ssenari, rejissor, operator işi bir sözlə biyabırçı gündədir. Onlar seriala kimi gəldi çəkirlər. Bir də görürük ki, kimsə ortadan çıxdı və bütün səhnəni məhv etdi. Onu da deyim ki, rejissorlar müsahibələrində söyləyiblər ki, məşhur aktyorları çəkməklə özlərini kölgədə qoyurlar, mən isə onların bu fikirləri ilə razılaşmıram. Nəzərinizə çatdırım ki, bütün dünyada tamaşaçı hansı aktyorları sevirsə, rejissor da həmin şəxsləri seriallarına dəvət edərək sanballı iş ortaya çıxarırlar. Odur ki, mən də istəyirəm ki, yerli seriallarımız kifayət qədər izlənilsin. Çünki işini bilən aktyor və aktrisalar çoxdur. Diqqətinizə çatdırım ki, serialda hər şey təkcə aktyordan asılı deyil. Gərək bütün kollektiv peşəkar olsun".

Bütün xəbərlər Facebook səhifəmizdə