Həsən Mirzəyevin 100 illik yubileyi qeyd olunub

Həsən Mirzəyevin 100 illik yubileyi qeyd olunub

Bu gün Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində görkəmli teatr xadimi və təşkilatçısı Həsən Mirzəyevin anadan olmasının 100 illik yubileyi münasibətilə xatirə tədbiri keçirilib. SİA-nın məlumatına görə, tədbirdə yazıçı-dramaturq Aqşin Babayev, Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, xalq artisti Azərpaşa Nemətov, Salman Mümtaz adına Azərbaycan Dövlət Ədəbiyyat və İncəsənət Arxivinin direktoru Maarif Teymurov, sənətşünaslıq doktoru, professor İlham Rəhimli və başqaları iştirak ediblər.

Tədbirdə Həsən Mirzəyevin həyat və yaradıcılığından geniş söhbət açılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə