Bakı Slavyan Universiteti nəzdindəki Belarus Dili və Mədəniyyəti Mərkəzində "Qukanne Vyasnı" (Belarus) və "Novruz bayramı" (Azərbaycan) bahar bayramlarına həsr edilmiş tədbir keçirilib. SİA-nın məlumatına görə, bayram tədbirində Bakı Slavyan Universitetinin elmi işlər üzrə prorektoru Seyfəl Həsənov, beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin dekanı Adil Rəcəbli, Belarusun Azərbaycandakı səfirinin xanımı Alla Patskeviç, səfirliyin birinci katibi Oleq Qoroxovik, Belarus Dili və Mədəniyyəti Mərkəzinin direktoru Albina Seyidova iştirak ediblər.
Belə ki, tələbələr bu iki bayramın tarixi və mənbələri barədə təqdimat nümayiş etdirib. Belarus və Azərbaycan rəqsləri və mahnıları ifa edərək, hər iki xalqın dilində şeirlər söyləyiblər. Bakı Slavyan Universiteti nəzdindəki liseyin 3-cü sinif şagirdlərinin ifa etdiyi Azərbaycan milli rəqsinə görə onlara Belarus Dili və Mədəniyyəti Mərkəzi adından təşəkkürnamələr təqdim olunub.
Qeyd edək ki, bayram şənliyinin sonunda tədbirin bütün iştirakçılarına tələbələr tərəfindən hazırlanmış, Belarusda sülh, xeyirxahlıq və əmin-amanlıq rəmzi sayılan "Buslik" fiqurları hədiyyə edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB