Rusiyanın məşhur teatr və kino artistlərinin "Kirayə gəlin" komediyası ilə Bakıya qastrol səfəri olacaq. SİA-nın məlumatına görə, tamaşada rolları Rusiyanın xalq artisti Aleksandr Mixaylov, əməkdar artist, Lenin Komsomolu Mükafatı Laureatı Yelena Proklova, Rusiya Federasiyasının əməkdar artisti Mixayıl Bezobrazov və Yuliya Takşina ifa edəcəklər. Yüngül, işıqlı, yumor və kinayə dolu "Kirayə gəlin" komediyası ilk saniyələrdən tamaşaçını təsirləndirir və xoş təəssüratlar oyadır.
Nəzərinizə çatdıraq ki, qeyri-ordinar sujet və gözəl rejissor işi, istedadlı ifa və misilsiz dramaturgiya hər bir tamaşaçının ürəyincə olacaq.
Qeyd edək ki, tamaşa 13, 14 may saat 20:00-da Rus Dram Teatrında nümayiş olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB