Martın 14-də Q.Vəliyev adına Lənkəran şəhər Mədəniyyət mərkəzində Novruz bayramının gəlişi ilə əlaqədar uşaq və yeniyetmələr üçün "Novruz sevincləri" başlığı altında maraqlı konsert proqramı təşkil edilib. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, konsertdə Novruzun atributları olan Keçəl və Kosanın iştirakı ilə məzəli səhnəciklər, viktorinalar təqdim olunub. Mədəniyyət mərkəzinin və onun filiallarının folklor kollektivlərinin iştirakı ilə iki saatlıq konsert proqramı nümayiş olunub.
Sərraf Mirsəfəroğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB