Cabir Novruzun yaradıcılığına həsr olunmuş konfrans keçirildi FOTOLAR
Bu gün Azərbaycan Dillər Universitetində (ADU) xalq şairi Cabir Novruzun yaradıcılığına həsr olunmuş konfrans keçirilib. SİA-nın məlumatına görə, konfransda ADU-nun professor-müəllim heyəti, tələbələr, tanınmış ziyalılar və şairin ailə üzvləri iştirak ediblər.
Konfrans Cabir Novruzun həyat və yaradıcılığını əks etdirən videoçarxın nümayişi ilə başlayıb.
ADU-nun Tərbiyə işləri üzrə prorektoru, professor Ələddin Əliyev çıxış edərək Cabir Novruzun poeziyasının XX əsr Azərbaycan ədəbiyyatının parlaq səhifələrindən birini təşkil etdiyini bildirib: "Şair ədəbiyyat aləminə gəldiyi ilk illərdən o, yüksək bəşəri və mənəvi dəyərləri tərənnüm edən şeirləri ilə oxucuların dərin məhəbbətini qazanıb. C. Novruzun ictimai fəaliyyəti də zəngin olub. Şairin ömrünün bütün mərhələlərində ölkədə gedən ictimai-siyasi proseslərin fəal iştirakçısı olub. Xalqın həyatında baş verən taleyüklü hadisələrə düzgün qiymət verilməsində C. Novruzun əsl vətəndaşlıq mövqeyi nümayiş etdirib".
ADU-nun Azərbaycan dili və ədəbiyyatı kafedrasının müəllimi, filologiya üzrə fəlsəfə doktoru Afət Zeynalova "Cabir Novruzun həyat və yaradıcılığı" mövzusunda məruzə ilə çıxış edib: Cabir Novruz poeziyasının XX əsr Azərbaycan ədəbiyyatının ən parlaq səhifələrindən biri olduğu hər kəsə məlumdur. Onun əsərləri dünyanın müxtəlif dillərinə tərcümə edilərək böyük şöhrət qazanıb".
Daha sonra tələbələr şairin şeirlərini ingilis dilində səsləndiriblər.
Tədbirdə şairin ingilis dilində çap olunmuş "Sağlığında qiymət verin insanlara" kitabının tədimatı da baş tutub. Kitabın tərcüməçisi Kamran Nəzirli çıxış edərək C. Novruzun yaradıcılığının zəngin olduğunu bildirib.
Azərbaycan Respublikasının xalq artisti, professor Yalçın Rzazadə xalq şairinin onun həyatında mühüm rol oynadığını diqqətə çatdırıb: "Cabir Novruzun şeirlərinə bəstələnmiş çoxsaylı mahnılar musiqisevərlər tərəfindən bu gün də böyük rəğbət və sevinclə qarşılanır".
Tədbirdə, xalq artisti Yalçın Rzazadə C.Novruzun sözlərinə bəstələnmiş mahnılar, həmçinin əməkdar artist Nüşabə Ələsgərli və müğənni Kərim Abbasovun ifasında mahnılar dinlənilib.
Qeyd edək ki, sonda şairin ailə üzvləri adından oğlu Müşfiq Novruz çıxış edərək atasının xatirəsinə göstərilən ehtirama görə minnətdarlığını bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB