Niftulla Əsgərov “Fəxri mədəniyyət işçisi” döş nişanı ilə təltif olunub

Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrının aparıcı aktyoru Niftulla Əsgərov teatrın inkişafında qüsursuz xidmətlərinə görə Mədəniyyət və Turizm Nazirliyinin "Fəxri mədəniyyət işçisi" döş nişanı ilə təltif olunub. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, martın 13-də teatrda mükafatın təqdim etmə mərasimi keçirilib. Tədbiri giriş sözü ilə açan teatrın direktoru Tofiq Heydərov Niftulla Əsgərovun səhnə fəaliyyətindən, aktyor kimi əldə etdiyi uğurlardan danışaraq, döş nişanını ona təqdim edib. Teatrın rejissoru, əməkdar artist Adil Zeynalov, əməkdar artist Sucəddin Mirzəyev, Miraslan Ağayev, Əlibala Əsgərov, Allahverən Babayev, Əbülfəz Axundov və digərləri də çıxışlarında sənət dostları Niftulla Əsgərovu mükafat münasibətilə təbrik edərək, ona daha böyük nailiyyətlər qazanmağı arzulayıblar.

Sonda Niftulla Əsgərov onun əməyinə verilmiş yüksək qiymətə görə, Mədəniyyət və Turizm Nazirliyinə, teatrın rəhbərliyinə minnətdarlıq edərək, aktyor kimi öhdəsinə düşən vəzifələri bundan sonra da yüksək səviyyədə ifa edəcəyini bildirib.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə