Niftulla Əsgərov mükafatlandırıldı

Niftulla Əsgərov mükafatlandırıldı

Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrının aktyoru Niftulla Əsgərov teatrın inkişafındakı xidmətlərinə görə Mədəniyyət və Turizm Nazirliyinin "Fəxri mədəniyyət işçisi" döş nişanı ilə təltif edilib. SİA-nın məlumatına görə teatrın direktoru Tofiq Heydərov döş nişanını aktyora təqdim edib.

Teatrın rejissoru, əməkdar artist Adil Zeynalov, aktyorlardan əməkdar artist Sucəddin Mirzəyev, Miraslan Ağayev və başqaları sənət dostlarını təbrik edərək, ona yeni yaradıcılıq uğurları arzulayıblar.

Qeyd edək ki, Niftulla Əsgərov əməyinə verilən yüksək qiymətə görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlIğını bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə