Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında yeni tamaşanın hazırlıq prosesləri yekunlaşmaq üzrədir. SİA-nın məlumatına görə, dramaturq Yevgeni Şvartsın "Qırmızı papaq" əsəri əsasında hazırlanmış eyniadlı tamaşanın premyerası olacaq.
Tamaşanın quruluşçu rejissoru teatrın baş rejissoru, Əməkdar İncəsənət Xadimi Bəhram Osmanov, bəstəkarı Əməkdar İncəsənət Xadimi Sərdar Fərəcov, quruluşçu rəssamı Elşən Sərxanoğludur. Səhnə əsərini ruscadan tərcümə edən Nigar Həmidova, rəqslərin quruluşçusu Vüsal Mehrəliyev, rejissor köməkçisi Sona Mustafayevadır.
Novruz bayramı ərəfəsində nümayiş etdiriləcək tamaşada əməkdar artist Almaz Mustafayeva, aktyorlar Məsumə Babayeva, Hüsniyyə Əhmədova, İlqarə Tosova, Xalidə Əliməmmədova, Günel Məmmədova, Səbinə Məmmədova, Zülfiyyə Alhüseynova, Zümrüd Quliyeva, Roza İbadova, Qədirhüseyn İsmayılov, Ədalət Əbdülsəməd, Müşfiq Əliyev, Aydın Dəmirov, Vüsal Mehrəliyev, Elşən Hacıbabayev iştirak edəcəklər.
Həm uşaqlara, həm də böyüklərə yaxşı məlum olan bu əsər Keçəl, Kosa, Qırmızı papaq və onun meşədəki dostlarından bəhs edir.
Qeyd edək ki, tamaşa mart ayının 15-dən - 25-dək, saat 10:00, 12:00 və 14:00-da məktəblilərin yaz tətilində nümayiş etdiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB