Məcburi köçkünlərin məskunlaşdığı rayonlarda Novruz bayramına həsr edilmiş tədbirlər keçiriləcək
Mədəniyyət və Turizm Nazirliyinin iş planına əsasən mart ayında qaçqın və məcburi köçkünlərin məskunlaşdığı rayonlarda Novruz bayramına həsr edilmiş tədbirlərin keçirilməsi nəzərdə tutulub. SİA-nın məlumatına görə, novruz bayramı ərəfəsində qaçqın və məcburi köçkün əhalinin asudə vaxtının səmərəli təşkilinin təmin olunması və onlara göstərilən mədəni xidmətin daha da gücləndirilməsi məqsədilə 16-18 mart tarixlərində (Tərtər 17 mart saat 11:00-da Mərkəzi Meydanda və Goranboy 18 mart saat 11:00-da Mərkəzi Meydanda) bir qrup incəsənət ustalarının iştirakı ilə bayram tədbirləri keçiriləcək.
Qeyd edək ki, Goranboy və Tərtər rayonlarında Novruz bayramına həsr edilmiş tədbirlərin yaradıcı heyətinə xalq artistləri Canəli Əkbərov, Cəmilə Bayramova, əməkdar artistlər Azad Şükürov, Zakir Əliyev, aşıq Solmaz Kosayeva, musiqiçilər Altay Niftəliyev, Araz Ağaverdiyev daxildirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB