Gənc şairələrin ikinci Beynəlxalq forumunda 24 ölkədən nümayəndə iştirak edəcəklər

Gənc şairələrin ikinci Beynəlxalq forumunda 24 ölkədən nümayəndə iştirak edəcəklər

Bakıda "Böyük İpək Yolu" Beynəlxalq Gənclər İttifaqının təşkilatçılığı ilə keçiriləcək gənc şairələrin ikinci Beynəlxalq forumunda 24 ölkədən nümayəndələr iştirak edəcəklər. SİA-nın məlumatına görə, bu barədə bu gün gənc şairələrin ikinci Beynəlxalq forumuna həsr olunmuş mətbuat konfransında məlumat verilib. Belə ki, bu il foruma Almaniya, Böyük Britaniya və İtaliyanı təmsil edəcək gənc şairələr də qatılacaqlar.

Qeyd edək ki, mətbuat konfransında Ukrayna, İtaliya, İordaniya, Almaniya, Böyük Britaniya və digər ölkələri təmsil edən gənc şairələr də iştirak ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə