“Çirkli rəsm”

Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) Rəssamlar İşçi qrupunun təşkilati dəstəyi ilə gənclər arasında "Çirkli rəsm" adlı rəsm müsabiqəsi keçiriləcək. Təşkilatdan SİA-ya verilən xəbərə görə, müsabiqədə 14-29 yaşlı gənclər ekoloji mövzuda çəkilən və təşkilat komitəsinə təqdim olunmuş rəsm əsərləri ilə iştirak edə biləcəklər. Layihənin sonunda müsabiqəyə təqdim olunmuş rəsmlərdən ibarət sərgi təşkil olunacaq. Sərgidə müsabiqənin qalibləri, yəni ilk üç yerin sahibləri Nokia Lumia, i-pod shuffle və mp-3 player kimi hədiyyələr və diplomlarla mükafatlandırılacaqlar.

Qeyd edək ki, layihəni həyata keçirməkdə əsas məqsəd dünyada qlobal hal almış ekoloji problemləri həll yolunu gənclərin gözü ilə cəmiyyətə çatdırmaqdır.

Bütün xəbərlər Facebook səhifəmizdə