Tanınmış rejissor Yavər Rzayevin "Azanfilm" studiyasında çəkdiyi "Gözümün işığı və ya qəribə heykəltəraş ömrü" sənədli filminin təqdimatı keçiriləcək. SİA-nın məlumatına görə, görkəmli heykəltəraş, Əməkdar İncəsənət Xadimi Həyat Abdullayevanın anadan olmasının 100 illiyi ilə əlaqədar çəkilmiş sənədli filmdə onun zəngin yaradıcılığı və zəngin ömür yolu haqqında bəhs olunur, həyatın bütün çətinliklərindən keçmiş bir qadın və sənətkar obrazı canlanır.
Qeyd edək ki, film 14 mart, saat 19:00-da Nizami Kino Mərkəzində baş tutacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB