Qurban Məsimov: “Tamaşamız Hindistanda böyük rəğbətlə qarşılandı” AÇIQLAMA
Abdulla Şaiq adına Dövlət Kukla Teatrı Hindistanda Nyu Dehli şəhərində keçirilən "İşara Beynəlxalq Kukla teatrları" festivalında iştirak edib. Səfər Beynəlxalq Kukla Teatrları Assosiasiyası "UNIMA"-nın prezidenti Dadi Padamcinin dəvəti və Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə həyata keçirilib. Qastrol səfəri haqqında Kukla Teatrının baş rejissoru Qurban Məsimov məlumat verib: "Kukla teatrı Hindistanda keçirilən festivalda ölkəmizi layiqincə təmsil edib. Sözügedən festival üçün müəllifi olduğum "Chanta trio &..." tamaşası oynanılıb. Qısa müddət ərzində tamaşalar Nyu Dehlinin Habitat Centr, Daryana ştatının Qurqaon şəhərinin Epicentr məkanında hind və əcnəbi tamaşaçılara üç dəfə nümayiş etdirilib. İlk premyerası Hindistanda olan, ayrı-ayrı kukla teatrı üslubları ilə zəngin "Chanta trio &..." tamaşası izləyicilər tərəfindən böyük rəğbətlə qarşılanıb. Uğurlu tamaşaya görə, izləyicilər bizi təbrik etdilər. Milli teatr mədəniyyətimizin təbliği naminə, Dövlət Kukla Teatrı yeni uğura imza atdı. Səfər zamanı bizə diqqət göstərən Azərbaycanın Hindistandakı səfirliyinə teatrımız adından dərin təşəkkürümüzü bildiririk".
Nəzərinizə çatdıraq ki, qastrol səfərində teatrın direktoru Rəşad Əhmədzadə, baş rejissor Qurban Məsimov, aktyorlar Elnur Abbasquliyev, Elnur Əliyev, Süleyman Muradov iştirak ediblər.
Qeyd edək ki, festivalda Azərbaycanla yanaşı İran, İsrail, Ukrayna, İrlandiya, İspaniya, Bolqarıstan və başqa ölkələr də qatılıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB