Nazir: “Azəbaycanda turizm sektorunda çalışanların sayı iki dəfə artıb”
"Son illər Azəbaycanda turizm sektorunda çalışanların sayı iki dəfə artıb". SİA-nın xəbərinə görə, bu sözləri mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bu gün keçirilən Azərbaycan İnvestisiya Sammitində çıxış edərkən deyib.
Onun sözlərinə görə, son 10 ildə dünyada turizmdən əldə edilən gəlirlər 10-13 faiz, Azərbaycanda isə 56 faiz artıb.
Ə. Qarayev söyləyib ki, Azərbaycanda yol və digər infrastrukturun inkişafı turizmin inkişafına yol açıb: "Azərbaycanda Turizm İnstitutu var ki, sözügedən institutda tələbələr iki diplom alırlar. Həmçinin Avstriya Turizm İnstitutu bizim üçün məzun hazırlayır. Belə ki, hər il 30-40 tələbə Avstriyanın Turizm İnstitutunun diplomunu alır".
Azərbaycanı dünyaya tanıtmaq üçün müxtəlif texnologiyalardan istifadə edildiyini dilə gətirən nazir vurğulayıb ki, şəxslər arasında əlaqələr çox vacibdir: "Bəzən bizə deyirlər ki, siz ölkənizin gözəlliklərini dünyaya tam çatdıra bilmirsiniz. Dünyada 7 milyard insanın hamısına bu məlumatları çatdırmaq mümkün deyil. Azərbaycan hazırda müharibə vəziyyətində olan ölkədir. Bəzən insanlar müharibə şəraitində olan bir ölkə olduğumuza görə, bura gəlməyə qorxurlar. Gəlib ölkəmizi gördükdən sonra bu qorxular aradan qalxmağa başladı. Azərbaycan artıq BMT Təhlükəsizlik Şurasının üzvüdür. Elə bir ölkəyik ki, bütün ölkələrin insanları burada yaxşı münasibətlə qarşılaşırlar".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB