Bakı Dövlət Sirkində “Baharın 117 anı” proqramı təqdim olunacaq

Bakı Dövlət Sirkində “Baharın 117 anı” proqramı təqdim olunacaq

Martın 14-dən etibarən Bakı Dövlət Sirkində "Baharın 117 anı" proqramı təqdim olunacaq. SİA-nın məlumatına görə, Novruz bayramı günlərində şənliklərin nümayişi ilə yanaşı, böyük sirk kollektivləri də şəhərimizə dəvət edilib. Bayram günləri üçün Rusiya və Ukraynadan Bakıya böyük və möhtəşəm sirk proqramı gətirilib.

Proqram çərçivəsində tamaşaçılara şirlərin və pələnglərin çıxışı təqdim olunacaq. Həmçinin mahir atçapanlar qrupu çıxış edəcək. Lama, oxlu kirpi, meymunlar, ümumilikdə 111 adda heyvan və quşların iştirak etdiyi böyük attraksionlar olacaqdır. Hava nömrələri də göstəriləcək. Eyni zamanda, proqram çərçivəsində klounlar qrupunun da çıxışı nəzərdə tutulur.

Ümumilikdə hər nömrəsi iki saat çəkəcək proqram martın sonunadək davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə