Buzovnada mədəniyyət evinin yeni binası istifadəyə veriləcək

Buzovnada mədəniyyət evinin yeni binası istifadəyə veriləcək

13 mart tarixində Buzovna qəsəbəsində mədəniyyət evinin yeni binasının açılışı olacaq. SİA-nın məlumatına görə, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş "2011-2013-cü illər üzrə Bakı şəhərinin və qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı" uğurla həyata keçirilib. Bakı şəhərinin bütün rayonlarında infrastruktur təminatı daha da yaxşılaşdırılmış, yeni təhsil müəssisələri, mədəniyyət və səhiyyə obyektləri, müasir tipli idman kompleksləri istifadəyə verilib. Buzovna qəsəbə mədəniyyət evi üçün yeni binanın tikintisi də bu Proqram çərçivəsində həyata keçirilib.

Qeyd edək ki, Buzovna qəsəbə mədəniyyət evi 1895-ci ildə tikilən binada yerləşirdi. Bina müasir tələblərə cavab vermədiyindən, əhaliyə mədəni xidmət göstərmək üçün yeni binaya böyük ehtiyac var idi. Bu gün mədəniyyət evinin yeni binasının istifadəyə verilməsi qəsəbə əhalisi üçün böyük hədiyyədir.

Bütün xəbərlər Facebook səhifəmizdə