Bu günün tarixi

Miladi: 12 mart 2014
Hicri: 11 Cəmaziul əvvəl 1435

İlin 72-ci günü
İlin sonuna 293 gün qalır

Bu günün namaz vaxtları

Fəcr – 05:46
Günəş – 06:56
Zöhr – 12:54
Əsr – 16:39
Məğrib – 18:58
İşa – 20:15

1229-cu ildə Səlibçilər Qüdsü ələ keçirib.

1737-ci ildə rus memarı Vasili Bajenov dünyaya gəlib.

1881-ci ildə Fransa Tunisi işğal edib

1894-cü ildə Coca-Cola ilk dəfə şüşədə satılmağa başladı

1906-cı ildə şair Süleyman Rüstəm anadan olub.

1918-ci ildə Moskva Rusiyanın paytaxtı oldu.

1921-ci ildə Türkiyənin dövlət himni (İstiqlal marşı) qəbul edilib.

1922-ci ildə Azərbaycan, Gürcüstan və Ermənistandan ibarət olan ZSFSR təşkil edilib.

1930-cu ildə Mahatma Qandi "Duz yürüşü"nə başlayıb.
1938-ci ildə Alman qoşunu Avstriyanı tutub.

1940-cı ildə Sovet-Fin müharibəsi başa çatıb.

1946-cı ildə aktyor Məzahir Cəlilov anadan olub.

1946-cı ildə amerikalı aktrisa Layza Minelli dünyaya gəlib.

1969-cu ildə türk şoumeni Bəyazid Öztürk (Bəyaz) anadan olub.

1985-ci ildə Türkiyənin Kanadadakı səfirliyinə hücum edən erməni terrorçular mühafizəçini öldürüb, 4 əməkdaşı girov götürüb. Girovlar bir-neçə saat sonra azad edilib.

1986-cı ildə İspanlar referendumda ölkənin NATO-da qalmasına səs verib.

1987-ci ildə şahmatçı Teymur Rəcəbov anadan olub.

1992-ci ildə Azərbaycan Respublikası İran ilə diplomatik əlaqələr qurub.

1993-cü ildə Bombeydə ardıcıl olaraq baş verən terror aktları 300 insanın həyatına son qoyub.

1999-cu ildə Çexiya, Polşa və Macarıstan NATO-ya daxil olub.

2000-ci ildə Roma papası II İohan Pavel kilsənin qadınlara, müxalifətə və yəhudilərə qarşı günahlarına görə üzr istəyib.

Bütün xəbərlər Facebook səhifəmizdə