Lənkəranda Milli Teatr Günü qeyd olunub

Lənkəranda Milli Teatr Günü qeyd olunub

Lənkəran şəhərində Milli Teatr günü qeyd olunub. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, bu münasibətlə Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında tədbir keçirilib. Tədbirdə çıxış edən Teatrın direktoru Tofiq Heydərov kollektivi bayram münasibətilə təbrik edib, Azərbaycan teatr tarixindən, o cümlədən Lənkəran teatrının keçdiyi inkişaf yolundan, qarşıda duran mühüm vəzifələrindən danışıb.

Teatrın aparıcı aktyorlarından əməkdar artist Sucəddin Mirzəyev, Miraslan Ağayev, Allahverən Babayev və digərləri çalışdıqları sənət ocağının daha böyük uğurlar əldə etməsindən ötrü bundan sonra da əzmlə çalışacaqlarını bildiriblər.

Tədbirdən sonra teatrda uşaqlar üçün hazırlanmış nağıl-tamaşa balaca teatrsevərlərə təqdim olunub.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə