Mayın 13-14-də Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının səhnəsində Rusiya Federasiyasının məşhur teatr və kino aktyorları "Kirayə gəlin" komediyasını təqdim edəcəklər. Teatrın mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, komediyada Rusiya Federasiyasının xalq artisti Aleksandr Mixaylov, əməkdar artistlər Yelena Proklova, Mixail Bezobrazov, həmçinin Yuliya Takşina, Mariya Rasskazova kimi populyar aktyorlar və aktrisalar çıxış edəcəklər.
"Kirayə gəlin" komediyası yüngül, incə yumor və istehza ilə ilk saniyədən tamaşaçını heyrətləndirəcək və özündən sonra çox parlaq xatirələr qoyacaq. Gündəlik həyatımızın kələkləri, çoxlarına tanış olan yalqızlıq, xilas naminə yalan, məhəbbət və nifrət. Bütün bunların hamısı atalar və oğulların həmişə aktual mövzusunu əhatə edən tamaşada var.
Qeyri-adi sujet və incə rejissorluq, istedadlı oyun və çox gözəl dramaturgiya istənilən tamaşaçının zövqünə uyğun olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB