Yeni mədəniyyət və incəsənət portalı yaradılıb

Yeni mədəniyyət və incəsənət portalı yaradılıb

Azərbaycanda teatr sənətinə həsr olunmuş Teatr Plyus (www.teatrplyus.az) adlı yeni mədəniyyət və incəsənət portalı istifadəyə verilib. SİA-nın məlumatına görə, layihənin məqsədi teatr sənətinin təbliği, ölkəmizin və dünyanın teatr səhnələrində baş verən hadisələri işıqlandırmaq, eləcə də mədəniyyət və incəsənətin digər sahələrini əhatə edən məlumatları ictimaiyyətə çatdırmaqdan ibarətdir. Sayt fərqli, yaradıcı dizaynı ilə yanaşı, həm də yerləşdirilən materialların aktuallığı ilə seçiləcək.

Saytın "PLYUS" bölməsində ədəbiyyat, kino, musiqi, təsviri sənət, turizm, şou-biznes sahələri üzrə də məlumatlar yerləşdiriləcək. Multimedia bölməsi də yaradılıb ki, burada da istifadəçilərə teatr sənətinə dair nadir audio, video və foto nümunələrilə tanışlıq imkanı verilib.

Qeyd edək ki, daim yeniləşəcək "Kitabxana" bölməsində isə teatr sənətinə, eləcə də mədəniyyətin digər sahələrinə həsr olunmuş azərbaycan, rus və ingilis dilində kitabların elektron variantı yerləşdirilib. Gələcəkdə Teatr Plyus internet televiziyasının da yaradılması nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə