Azərbaycan Dövlət Musiqili Teatrında Milli Teatr Günü qeyd edilib FOTOLAR

Azərbaycan Dövlət Musiqili Teatrında Milli Teatr Günü qeyd edilib FOTOLAR

Azərbaycan Dövlət Musiqili Teatrında Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Milli Teatr Gününə həsr olunmuş tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Azərbaycan Teatr Xadimləri İttifaqının sədri Azərpaşa Nemətov, mədəniyyət və turizm nazirinin birinci müavini Ədalət Vəliyev, Azərbaycan Respublikası Milli Məclisi sədrinin birinci müavini Ziyafət Əsgərov, mədəniyyət xadimləri, media nümayəndələri və başqaları iştirak ediblər.

Tədbidə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bütün teatr xadimlərini bayram münasibətilə təbrik edib: "Dövlət teatr fəaliyyətinin inkişafına böyük diqqət göstərir və Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamına əsasən 2013-cü il martın 1-dən etibarən hər il ölkədə Milli Teatr Günü qeyd edilir. Ölkəmizdə teatr sahəsi getdikcə daha da inkişaf edir. Sevindirici haldır ki, artıq teatra maraq artıb və tamaşaçılar dincəlmək üçün teatrları seçirlər".

Daha sonra Azərbaycan Teatr Xadimləri İttifaqının sədri Azərpaşa Nemətov da çıxışında teatr Azərbaycanın mədəni həyatının ayrılmaz hissəsi olduğunu diqqətə çatdırıb.

Nəzərinizə çatdıraq ki, tədbirdə əməkdar artist, Əməkdar Mədəniyyət Xadimi və Fəxri Mədəniyyət Xadimi kateqoriyalarında mükafatlandırma mərasimi keçirilib.

Qeyd edək ki, sonra "Bu bizik" tamaşası nümayiş etdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə