Görkəmli bəstəkarımız Üzeyir Hacıbəyovun "Biz nə töyür iş görürük" felyetonu əsasında hazırlanmış "Dulusçu" tamaşası nümayiş olunacaq. SİA-nın məlumatına görə, tamaşanın quruluşçu rejissoru, Əməkdar İncəsənət Xadimi Bəxtiyar Xanızadə, quruluşçu rəssamı Qurban Məsimov, musiqi tərtibatçısı Elman Rəfiyevdir. Rolları Elman Rəfiyev, Bəhruz Əhmədli, Nargilə Qəribova, Əli Əlizadə və başqaları ifa edəcəklər.
Nəzərinizə çatdıraq ki, "Dulusçu" 2002-ci ildə dövlət sifarişi ilə səhnələşdirilib və artıq 8 ildir Pantomima Teatrının repertuarında əsas yerlərdən birini tutur.
Qeyd edək ki, tamaşa 9 mart, saat 18:00-da Dövlət Pantomim Teatrında baş tutacaq. Biletlərin qiyməti isə 5 manatdır
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB