Klaudio Abbadonun xatirəsinə həsr olunmuş konsert keçirilib

Klaudio Abbadonun xatirəsinə həsr olunmuş konsert keçirilib

Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında dünya şöhrətli italyan dirijoru Klaudio Abbadonun xatirəsinə həsr olunmuş konsert keçirilib. SİA-nın məlumatına görə, konsertdə beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyevin dirijorluğu ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri çıxış edib.

Konsert proqramında Qustav Maler, Moris Ravel, Lüdviq Van Bethovenin əaərləri ilə yanaşı, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti Firəngiz Əlizadənin "Nağıllar" əsəri də səsləndirilib.
Moris Ravelin "Şaherezada" poeması və Firəngiz Əlizadənin əsəri Bakıda ilk dəfə ifa olunub.
Əsərləri əməkdar artistlər Səbinə Əsədova, Dilarə Mehdiyeva, Aleksey Miltıx və beynəlxalq müsabiqələr laureatı Səidə Tağızadə ifa ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə