“Mirzə Şəfi Vazeh Şərq-Qərb araşdırmalarında” kitabının təqdimatı olub
Prezident İlham Əliyevin Mirzə Şəfi Vazehin 220 illik yubileyinin keçirilməsi ilə bağlı müvafiq Sərəncamına uyğun olaraq görkəmli ədibin vətəni Gəncədə geniş tədbirlər planı təsdiq edilərək icrasına başlanılıb. SİA-nın məlumatına görə, növbəti tədbir Gəncə Dövlət Universitetində keçirilib. Tədbir çərçivəsində universitetin dosenti Nəzakət Əliyevanın "Mirzə Şəfi Vazeh Şərq-Qərb araşdırmalarında" kitabının təqdimatı olub.
Təqdimat mərasimində çıxış edən müəllif vaxtilə Vazehin Azərbaycan və fars dillərində yazdığı orijinal əsərlərin bir qisminin Bodenştedt adlı bir şəxs tərəfindən Almaniyaya aparılaraq öz adına çıxması, sonralar bunu etiraf edərək 34 fəsildən ibarət "Şərqdə min bir gün" romanının 18 fəslini məhz Azərbaycana, Mirzə Şəfi Vazehə həsr etməsi barədə ətraflı məlumat verib.
Həmin fəsillərin "Mirzə Şəfi Vazeh Şərq-Qərb araşdırılmalarında" kitabına əlavə olunduğunu diqqətə çatdıran Nəzakət Əliyeva demişdir ki, Mirzə Şəfi Vazeh yaradıcılığının tədqiqini bundan sonra da davam etdirmək fikrindədir.
Qeyd edək ki, təqdimat mərasimində çıxış edən alimlər Nəzakət Əliyevanın görkəmli Azərbaycan ədibi Mirzə Şəfi Vazehin irsinə müraciət etməsini yüksək dəyərləndirib və şairin yaradıcılığının bəzi məqamlarına edilən xarici hücumlara layiqli cavab olduğunu diqqətə çatdırıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB