Mərkəzi Elmi Kitabxanada qrant layihə həyata keçirilir

Mərkəzi Elmi Kitabxanada qrant layihə həyata keçirilir

AMEA Mərkəzi Elmi Kitabxanasının əməkdaşı, doktorant Natiq Mürsəlovun rəhbərliyi ilə "Gənclər arasında elmi ədəbiyyatın təbliğinin informasiya təminatı" layihəsi həyata keçirilir. SİA-nın məlumatına görə, layihə Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə baş tutub. Layihə çərçivəsində gənclərin elmi-mədəni, təhsil və digər sahələrdə daha fəal iştirakını və onların elmi ədəbiyyata informasiya tələbatını təmin etmək məqsədilə elmi-biblioqrafik göstəricinin hazırlanması nəzərdə tutulur.

Nəzərinizə çatdıraq ki, "Elmin innovativ inkişafının informasiya təminatı" adı ilə nəşr olunacaq elmi-biblioqrafik göstəricidə bütün elm sahələri üzrə mövzu aktuallığı ilə əhəmiyyət kəsb edən, müstəqillik dövründə Azərbaycanda nəşr edilən və AMEA Mərkəzi Elmi Kitabxanasının fondunda saxlanılan, elmi ədəbiyyatın annotasiyası ilə təqdim olunacaq.

Qeyd edək ki, layihəyə bu ilin 31 mart tarixində yekun vurulacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə