Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayev İƏT-in baş katibi İyad Bin Əmin Mədənini qəbul edib. SİA-nın məlumatına görə, görüş zamanı Azərbaycanla İƏT arasında mədəniyyət və turizm sahələrində əlaqələrin hazırki vəziyyəti və gələcək perspektivləri haqqında fikir mübadiləsi aparıldı. Nazir Ermənistanın Azərbaycan torpaqlarını işğalı ilə bağlı İƏT-in tutduğu prinsipial mövqe, eyni zamanda "Xocalıya Ədalət" kompaniyasına göstərilən dəstəyin Azərbaycan dövləti və xalqı tərəfindən yüksək qiymətləndirildiyini xüsusi qeyd edib. Söhbət zamanı İƏT-in mədəniyyət, turizm, mədəniyyətlərarası dialoq və beynəlxalq sülhün təmin olunmasında çoxşaxəli fəaliyyətinin dünyanın beynəlxalq siyasətində mühüm rol oynadığı diqqətə çatdırılıb. Baş katibi İyad Bin Əmin Mədəni Azərbaycanla rəhbərlik etdiyi təşkilat arasında əməkdaşlığın hazırki səviyyəsindən məmnunluğunu ifadə edərək Azərbaycanın islam aləmində əhəmiyyətli mövqeyə sahib bir ölkə olduğunu vurğulayıb. Görüş zamanı İyad Bin Əmin Mədəni Azərbaycanın fəal iştirakı ilə İƏT ölkələrinin mədəniyyət nazirləri ilə yanaşı həm də başqa nüfuzlu şəxslərini özündə birləşdirən qurumun yaradılması, İƏT ölkələrinin mədəni qabiliyyətlərinin inkişafı ilə bağlı təlimlərin və turizm sahəsində xüsusi layihələrin həyata keçirilməsi təkliflərini irəli sürüb. Əbülfəs Qarayev öz növbəsində irəli sürülən təkliflərə müsbət yanaşdığını və bu istiqamətdə konkret addımların atılmasının vacib olduğunu bildirib. Nazir İƏT-in baş qərargahında xüsusi fotosərginin təşkili, İƏT-lə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi arasında çərçivə sazişinin imzalanması, həmçinin Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarında dağıdılmış mədəni irsə dair xüsusi sənədin qəbul edilməsi təklifini də irəli sürdü.
Qeyd edək ki, yekunda müzakirə olunan məsələlər barədə konkret əməkdaşlıq planının hazırlanması qərara alınıb.
.jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB