Səməd Vurğunun ev-muzeyinin yeni ekspozisiyasının açılış mərasimi keçirilib FOTOLAR
Azərbaycan poeziyasının görkəmli nümayəndələrindən biri, xalq şairi Səməd Vurğunun ev-muzeyinin yeni ekspozisiyasının açılış mərasimi keçirilib. SİA-nın məlumatına görə, mərasimdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Səməd Vurğun Fondunun prezidenti, Səməd Vurğunun ev-muzeyinin direktoru Aygün Vəkilova, akademik Teymur Bünyadov, Azərbaycan İctimai-Siyasi Universitetinin rektoru Rasim Nəbiyev, Səməd Vurğun sevərlər, media nümayəndələri və başqaları iştirak ediblər.
Tədbiri giriş söz ilə muzeyin direktoru Aygün Vəkilova açaraq hər kəsi salamlayıb: "Bizə bu işi görməkdə köməyi keçənlərə təşəkkür edirəm. Daim muzeyimiz dövlətin diqqətində olub. Buna görə də cənab prezident İlham Əliyevə, həmçinin Mədəniyyət və Turizm Nazirliyinə dərin minnətdarlığımı bildirirəm".
Daha sonra Əbülfəs Qarayev çıxış edərək Səməd Vurğunun ev-muzeyinin yenidən açıldığına sevindiyini bildirib: "Dövlətimiz öz ədibinə hər zaman qayğı göstərir. Sevinirəm ki, Səməd Vurğunun ev-muzeyinin bərpasına nail ola bildik. Bu muzey Azərbycanda hansısa şəxsiyyətinə həsr olunmuş ilk ev-muzeyidir. Daha sonra digər ədiblərin, bəstəkarların, bir sözlə görkəmli şəxsiyyətlərin ev-muzeyi açıldı. Azərbaycanda muzey işinin təkmilləşdirilməsində Ulu Öndər Heydər Əliyevin danılmaz xidmətləri olub. Səməd Vurğun haqqında danışdıqda isə onun həyatı çox əzablı dövrdə keçib. Amma dövrün çətinliyinə baxmayaraq Səməd Vurğun öz ideyalarını əsərlərini yaşada bilirdi. O, hər zaman Azərbaycan şairi kimi yaşayacaq. Çünki onun yaradıcılığının əsasında vətəninə sevgi, xalqına məhəbbət, dövlətinə sədaqət dayanır. Səməd Vurğunun bütün əsərləri onun xalqına, gələcəyinə, azadlıq arzusuna həsr olunub. Səməd Vurğun həm də böyük dramaturq idi. Əsərləri daima oxucuların marağına səbəb olurdu. Bu gün də Azərbaycan tearlarında Səməd Vurğunun əsərləri tamaşalara qoyulur. Bu evə zamanının ən görkəmli şəxsiyyətləri gəlib. Onu da diqqətinizə çatdırım ki, Azərbaycan ədəbiyyatının ölkəmizdən kənarda da tanıdılmasında Səməd Vurğunun böyük xidmətləri olub".
Nəzərinizə çatdıraq ki Səməd Vurğunun ev-muzeyi 1975-ci ilin oktyabr ayında Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə açılan ilk memorial muzeydir. Muzey şairin ömrünün son 2 ilini yaşadığı, gərgin yaradıcılıq fəaliyyəti ilə məşğul olduğu, fəal ictimai xadim kimi tanındığı evdə yerləşir.Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Sərəncamına əsasən Mədəniyyət və Turizm Nazirliyi tərəfindən muzeydə təmir-bərpa və bədii tərtibat işləri həyata keçirilib. Muzey 6 otaqdan ibarətdir. Şairin iş otağı, qonaq və yataq otaqları eynilə qorunub saxlanılır. Ekspozisiyanın bir otağında şairin ailə üzvlərinin şəxsi əşyaları və fotoşəkilləri nümayiş olunur. Digər otaqlarda qurulmuş ekspozisiya isə S.Vurğunun həyatı, yaradıcılığı və ictimai fəaliyyətini əks etdirir.
Qeyd edək ki, sonda xalq şairi Səməd Vurğunun səsi ilə deyilmiş şeirlərdən ibarət videoçarx nümayiş etdirilib.







Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB