Azərbaycan beynəlxalq turizm sərgisində iştirak edəcək

Azərbaycan beynəlxalq turizm sərgisində iştirak edəcək

05 - 09 mart Almaniyanın Berlin şəhərində keçiriləcək "İTB Berlin 2014" beynəlxalq turizm sərgisində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi iştirak edəcək. SİA-nın məlumatına görə, Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin müdiri Aydın İsmiyevin rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibinə Nazirliyin məsul əməkdaşları həmçinin "SW travel", "Millenium Tourism and Congress", "The tour", "İmprotex travel", "Gilan tourism", "ENC Tours", "AL travel", "Geo travel", "Regea travel", "Victory tour", "Xəzər travel", "Atropatena travel", "Eurotourism", "Proxy travel", "Billur tur", "Turizm.az" turizm şirkətləri və "Jumeirah Bilgah Beach hotel", "Rixos Quba" mehmanxanalarının təmsilçiləri və Azərbaycan Dövlət Rəqs Ansamblının 6 nəfərdən ibarət rəqs qrupu daxildir.

Sərgidə 104 kv.m sahədə respublikamızın turizm imkanlarını əks etdirən lövhə quraşdırılmış, stendimiz ingilis və alman dillərində müxtəlif növ reklam-çap məhsulları ilə təmin olunub.

Qeyd edək ki, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və yerli turizm şirkətləri 2004-cü ildən başlayaraq "İTB Berlin" beynəlxalq turizm sərgisində iştirak edir. Otən il isə bu sərgidə 10100-ə yaxın şirkət təmsil olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə