Əməkdar artist: “Rejissorlarımız aktyorların işini tərifləməkdən qorxurlar” FOTOLAR - AÇIQLAMA
Əməkdar artist Naibə Allahverdiyeva "Konnemarada bir kəllə" tamaşasını sevənlərinə təqdim edəcək. Aktrisanın sözlərinə görə, adıçəkilən tamaşanın premyerası mart ayının 11-də baş tutacaq. Bu haqda SİA-ya xanım Allahverdiyevanın özü məlumat verib: "Yan Uiltem van den Boş mənə "Konnemarada bir kəllə" tamaşasında oynamağımı təklif etdi. Buna görə də cənab Yana təşəkkür edirəm. Çünki uzun zamandır ki, məni yeni tamaşalara dəvət etmirdilər. Hətta sənətimi sevən insanlar da buna görə məni qınayırdılar. Onu da deyim ki, hər kəsin sənətinə böyük hörmətim var. Bildiyiniz kimi bəzi rejissorlarımız aktyorların işini tərifləməkdən qorxurlar. Biz aktrisalar isə hər kəsdən qayğı, diqqət, sevgi umuruq. Bu hallar aktyorlarımızı öz işlərini inkişaf etdirməkdə daha da ruhlandırır. Amma cənab Yan əksinə olaraq aktyorda səhvi görsə belə yenə də tərifləyir. Bu da bizdə ruh yüksəkliyi yaradır. Etiraf edim ki, bəzi rejissorlarımızın məşqlərinə gəlmək istəmirəm. Çünki onlarda enerji görmürəm. Amma cənab Yanın məşqlərinə bütün əlavə işlərimi kənara qoyub sevinərək gəlirəm. Kaş ki, yerli rejissorlarımız da aktyorlarımıza dəyər verməyi bacarardılar".



Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB