Bu gün Azərbaycan Dillər Universitetində (ADU) görkəmli yazıçı, kinodramaturq, Əməkdar incəsənət xadimi, "Şöhrət" ordenli, Azərbaycan PEN klubunun vitse-prezidenti Natiq Rəsulzadənin yaradıcılıq gecəsi keçirilib. SİA-nın məlumatına görə, yaradıcılıq gecəsində ADU-nun prorektoru, Elmi işlər üzrə prorektoru, professor Dünyamin Yunusov, müəllimlər, tələbələr, media nümayəndləri və başqaları iştirak ediblər.
Tədbiri prorektor Dünyamin Yunusov açaraq Natiq Rəsulzadənin əsərlərini təkcə Azərbaycanda deyil, dünyanın bir çox ölkələrində sevilərək oxunduğunu bildirib: "Natiq müəllimin əsərlərini demək olar ki, hər kəs oxuyub. Bunula yanaşı onun əsərlərinə bir neçə film də çəkilib. Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, professor Səməd Seyidov da bu tədbirdə iştirak etmək istəsə də gələ bilməyib. Onun adından da Natiq müəllimə yaradıcılığında bundan da böyük uğurlar arzulayıram".
Nəzərinizə çatdıraq ki, yaradıcılıq gecəsində yazıçının kitabları təqdim olunub. Həmçinin onun həyat və yaradıcılığına aid video çarx da zalda əyləşənlərə nümayiş etdirilib. Sonda isə yazıçı Natiq Rəsulzadə tələbələri maraqlandıran sualları cavablandırıb.
Qeyd edək ki, Natiq Rəsulzadə 5 iyun 1949-cu ildə Bakıda anadan olub. 1975-ci ildə Moskvada M.Qorki adına Ədəbiyyat İnstitutunu bitirib. Azərbaycanın əməəkdar incəsənət xadimi, Respublika Dövlət mükafatı laureatıdır.



Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB