Fransanı “ Eurovision-2014 “ mahnı müsabiqəsində “Twvin Twin” qrupu təmsil edəcək
Kopenhagendə keçiriləcək "Eurovision-2014" beynəlxlaq mahnı müsabiqəsində Fransanın təmsil edəcək musiqi qrupu müəyyən edilib. SİA-nın Eurovisionun rəsmi saytına istinadən xəbər verir ki, Fransanı oğlanlardan ibarət "Twin Twvin" triosu təmsil edəcək.
Parisdə təşkil olunmuş seçimə yarışında qrupun çıxışı münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilib. Münsiflər heyəti üçlüyün "Eurovision-2014" mahnı yarışmasında Fransanı təmsil etməsini qərara alıb. Onların şən mahnılarını tamaşaçılar böyük rəğbətlə qarşılayıblar.
Ölkədə keçirilən seçim turunda Loran İdir, Fransua Camel və Patrik Biyikdən ibarət qrup "Star Academy" mahnı yarışmasının keçmiş namizədi Coanna Laqavra və digərlərinə qalib gələrək Fransanı İsveçdə keçiriləcək beynəlxalq mahnı müsabiqəsində təmsil etmək hüququnu qazanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB