Əbülfəs Qarayev Dünya Sənaye dizaynerləri sərgisini ziyarət edib

Əbülfəs Qarayev Dünya Sənaye dizaynerləri sərgisini ziyarət edib

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Fransaya səfəri zamanı Paris Yüksək Moda həftəsi çərçivəsində Sənaye Dizaynerləri Sərgisində Azərbaycan stendini ziyarət edib. SİA-nın məlumatına görə, ölkəmizin ilk dəfə iştirak etdiyi sərgidə Mənzər Hacıyeva təmsil edir.

Qeyd edək ki, Azərbaycan stendində nümayiş etdirilən ipək məhsulları, xüsusilə də kəlağayı sərgi ziyarətçilərinin marağına səbəb olub. Ziyarətçilərə Azərbaycan kəlağayısının spesifikliyi və tarixi barədə məlumat verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə