İrlandiyanın "Celtic Legends" rəqs ansamblının Heydər Əliyev Sarayındakı konserti baş tutub. SİA-nın məlumatına görə, dünyanı fəth etmiş bu şou milli alətlərin müşayiəti ilə irland rəqsinin, akrobatik çıxışların, canlı musiqinin, əsrarəngiz mahnıların sintezidir.
Konsertin təşkilatçısı Səlahəddin Atalay "Celtic Legends" rəqs qrupunun Azərbaycana dünya turu çərçivəsində 50 nəfərədək heyətlə gəldiyini bildirib. Qrupun ifa etdiyi step rəqsləri canlı musiqi ilə müşayiət olunub.
Nəzərinizə çatdıraq ki, maqnetizmin böyük qüvvəsinə malik, keltlərin miqyasca əhatəli bir layihəsi olan "Celtic Legends" şousunun nəğmələri və rəqsləri insanın təbiət və od ilə münasibətlərindən, qədim dövrlərə məxsus qorxu və sevinc hisslərindən bəhs edir.
Qeyd edək ki, İrlandiya ansamblının möhtəşəm rəqsləri və orkestrin ifası alqışlarla qarşılanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB