Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimi, əməkdar artist Tahir Eynullayev Tbilisidə keçiriləcək uşaq və yeniyetmələrin xoreoqrafiya sənəti üzrə Vaxtanq Çabukiani adına Beynəlxalq festival-müsabiqəsində münsiflər heyətinin üzvü qismində iştirak edəcək. SİA-nın verdiyi xəbərə görə, festival-müsabiqə Gürcüstanın Mədəniyyət Nazirliyinin dəstəyi, Gürcüstanın Dövlət İncəsənət Universitetinin kafedra müdiri, məşhur xoreoqrafı Nataliya Digmelasşvilinin təşkilatçılığı ilə martın 15-16-da keçiriləcək.
Müsabiqədə "Təbəssüm" Uşaq Teatrı və Bakı Xoreoqrafiya Məktəbinin şagirdləri iştirak edəcək.
ABŞ, Böyük Britaniya, Braziliya, Pakistan, Bolqarıstan, Çex Respublikası və digər ölkələrin musiqiçi və rəqqaslarının qatılacağı festivalda T.Eynullayev milli rəqslərimizdən nümunələr nümayiş etdirəcək. Tanınmış rəqqasımız bundan əvvəl ABŞ, Böyük Britaniya, İsveç, İtaliya və Türkiyədə keçirilmiş beynəlxalq yarışlarda ölkəmizi layiqincə təmsil edib.
Qeyd edək ki, Azərbaycan bu festival-müsabiqədə ilk dəfə təmsil olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB