Dahi rus bəstəkarı Pyort Çaykovskinin "Qu gölü" baleti nümayiş olunacaq. SİA-nın verdiyi xəbərə görə, tamaşaçıların çox sevdiyi bu balet repertuara Beynəlxalq Qadınlar Günü münasibəti ilə daxil edilib. Tamaşada əsas rolları Ukrayna Milli Operasının aparıcı solistləri, Ukraynanın əməkdar artistləri Olqa Qolitsa (Odetta-Odilliya) və Sergey Sidorski (Şahzadə Ziqfrid) oynayacaqlar.
Nəzərinizə çatdıraq ki, tamaşanı xalq artisti, professor Cavanşir Cəfərov idarə edəcək.
Qeyd edək ki, tamaşa martın 8-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında baş tutacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB