“Alo, bu mənəm” filmi göstərilib

“Alo, bu mənəm” filmi göstərilib

Bakıdakı Fransa İnstitutunda "Alo, bu mənəm" adlı qısametrajlı film göstərilib. SİA-nın verdiyi xəbərə görə, film Yelena Andreyevanın eyni adlı hekayəsi əsasında çəkilib. Filmin bədii rəhbəri Azərbaycanın xalq artisti Eldar Quliyev, ssenari müəllifi Yelena Andreyeva, quruluşçu rejissor Nonna Müzəffərova, quruluşçu operator Əli Sultanovdur. Rollarda Sonaxanım Mikayılova, Abbas Qəhrəmanov, Mətanət Abbaslı və Rafiz Mehdizadə çıxış ediblər.

Filmin rejissoru Nonna Müzəffərova bu hekayəni qarışıq janr müxtəlifliyinə görə seçdiyini bildirib: "Film üzərində işləmək mənim üçün çox maraqlı idi. Çəkilişlərdən çox zövq aldım".

Qeyd edək ki, filmdə hadisələr "qazdığı quyuya" düşən soyğunçu ətrafında cərəyan edir. "Alo, bu mənəm" filmi detektiv, komediya, mistika elementlərini özündə birləşdirir və improvizələrlə zəngindir.

Bütün xəbərlər Facebook səhifəmizdə