Fərqanə Qasımovanın konserti baş tutdu FOTOLAR

Fərqanə Qasımovanın konserti baş tutdu FOTOLAR

Xalq artisti Alim Qasımovun qızı, əməkdar artist Fərqanə Qasımovanın "Oxu, Qızım" adlı solo konserti baş tutub. SİA-nın verdiyi xəbərə görə, konsertdə xalq artistləri Arif Babayev və Ağaxan Abdullayev də iştirak ediblər.

Öz gözəl ifası ilə hər kəsi heyran qoyan Fərqanə Qasımova konserti ilk olaraq "Laylay" mahnısı ilə açıq elan edib. Hətta xanəndə sözügedən ifa ilə yanaşı xüsusi rəqs nömrəsi də nümayiş etdirib. Onu da diqqətinizə çatdıraq ki, xanəndəni müşayiət edən musiqiçilər arasında "Şeron" qrupu da olub. Əməkdar artist Fərqanə Qasımova səhnəyə modelyer Fəxriyyə Xələfovaya məxsus libasla çıxıb.

Nəzərinizə çatdıraq ki, konsertdə xalq artisti Alim Qasımov da səhnəyə çıxaraq qızı ilə birgə duet ifa edib. Onlar bu dəfə ifalarını böyük ansamblın müşayiəti ilə təqdim ediblər. Duet tamaşaçılar tərəfindən heyranlıqla qarşılanıb.

Qeyd edək ki, Fərqanə Qasımovanın Heydər Əliyev Sarayında baş tutan konserti böyük alqışlarla sona çatıb. Konsertin bitməsinə baxmayaraq, tamaşaçıların xahişi ilə Alim Qasımov və qızı yenidən səhnəyə qayıdıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə