Vaxtsız ölən gənc rəssamlara həsr olunan sərgi

Vaxtsız ölən gənc rəssamlara həsr olunan sərgi

Martın 3-də Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının muzey-sərgi kompleksində mərhum gənc rəssamlar Cavid Bayramlı və Asiman Əkbərova həsr olunmuş "Qoşa qanad" sərgisi keçiriləcək. SİA-nın verdiyi xəbərə görə, Cavid Bayramlı 1992-ci il iyulun 30-da anadan olub. O, 2010-cu ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasına qəbul olunmaqla sənətdə ilk addımlarını atmışdı.

Fərqli üslubu, istedadı və bacarığı ilə seçilən gənc rəssamın sənətə sevgisi onu addım-addım irəliyə aparırdı. Cavid Bayramlı mərhum miniatürçü, dulusçu Ədalət Bayramovun oğludur.

Asiman Əkbərov isə 1988-ci il avqustun 23-də dünyaya göz açıb. Ailənin kiçik oğlu olan Asiman uşaqlıq illərindən hiperaktiv idi. Xüsusi diqqət tələb edən əl işləri ilə hər kəsi təəccübləndirməyi bacarırdı.

Bu il yanvarın 25-də Bakının Nərimanov rayonunda sökülməkdə olan binanın uçması nəticəsində Cavid Bayramlı və Asiman Əkbərov uçqun altında qalaraq faciəli şəkildə dünyalarını dəyişmişlər. Onların vaxtsız ölümü nəinki tələbə yoldaşlarını, qohumlarını, hətta bu istedadlı gəncləri tanımayan çox insanları dərin hüznə qərq etmişdir.

Bütün xəbərlər Facebook səhifəmizdə