“Sirr” filminin təqdimatı olacaq

Xalq Yazıçısı Elçinin ssenarisi əsasında çəkilmiş "Sirr" bədii-sənədli filminin təqdimatı olacaq. SİA-nın verdiyi xəbərə görə, filmin qəhrəmanı istedadlı gənc rəssam Məryəm Ələkbərlidir.

Nəzərinizə çatdıraq ki, film Cəfər Cabbarlı adına "Azərbaycanfilm" Kinostudiyasında hazırlanıb, çəkilişlər isə Bakıda və Parisdə aparılıb. Ekran əsərinin rejissorları Elməddin Alıyev və Xəyyam Abdullayevdir.

Məryəm Ələkbərli həm də özü haqqında çəkilən filmin quruluşçu rəssamıdır.
Filmdə hadisələr absurd məkanda baş verir. Bir otaqda öz yaradıcılığı ilə təkbətək qalan yaşlı rəssam qadın sonda öz əsərlərinin köməyi ilə yenidən həyatın başlanğıcına qayıdır.

Qeyd edək ki, film martın 11-də "ÜNS" Yaradıcılıq Səhnəsində təqdim olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə