Əbülfəs Qarayev Fransada səfərdədir

Əbülfəs Qarayev Fransada səfərdədir

Mədəniyyət və turizm naziri Nazir Əbülfəs Qarayev Fransa İncəsənət Akademiyasında Tahir Salahovun 85 illik yubileyinə həsr olunmuş fərdi yaradıcılıq sərgisi ilə əlaqədar Paris şəhərinə gedib. SİA-nın verdiyi xəbərə görə, sərgi 27 fevraldan 14 mart tarixinədək Fransa İncəsənət Akademiyasının Qrafinya Kaen, LeQuai de Conti zallarında keçiriləcək.

Nəzərinizə çatdıraq ki, Tahir Salahov 1986-cı ildə Fransa İncəsənət Akademiyasının müxbir üzvü seçilmiş və Azərbaycan rəssamlıq məktəbini layiqincə təmsil edərək milli təsviri sənətimizin təbliğinə böyük xidmətlər göstərib.

Qeyd edək ki, səfər çərçivəsində Əbülfəs Qarayevin Fransanın Mədəniyyət Naziri Aurélie Filippetti və YUNESKO-nun baş direktoru İrina Bokova ilə görüşləri nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə